Mayın 22-də kənd təsərrüfatı naziri Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub. Müəssisənin mövcud vəziyyəti, istehsal sexlərində istifadə olunan texnoloji avadanlıqlarla tanış olan nazirə məlumat verilib ki, Xəzər dənizində nərəkimilərin qorunması və artırılması məqsədilə 2003-cü ildə yaradılan “Xıllı Nərə balıqartırma Zavodu” hazırda “Xıllı balıq" MMC kimi fəaliyyət göstərir. Nərə cinsli balıqların süni yolla artırılması üzrə ixtisaslaşan bu müəssisədə əsasən Xəzər dənizinə endemik olan nərə, uzunburun, qaya balığı (kələmo) və bölgə balıqları yetişdirilir.
Hazırda müəssisədə müxtəlif yaş qrupuna aid ( 1-20 illik) 8 000 ədəd törədici fond üçün nərə cinsli balıqlar saxlanılır. Müəssisənin illik istehsal gücü 15 milyon körpə balıq buraxılışı üçün nəzərdə tutulub. Fəaliyyət göstərdiyi müddət ərzində müəssisə tərəfindən təbii su hövzələrinə ümumilikdə 80 milyondan artıq müxtəlif növ nərə cinsli balıq körpələrinin buraxılışı həyata keçirilib. Bu il 350 min nərə körpələrinin təbii su hövzələrinə buraxılması planlaşdırılır.
Baxış zamanı ölkədə təbii resurslardan səmərəli istifadə olunmaqla balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, balıqçılıq təsərrüfatında yeni texnologiyaların istifadəsi və ekoloji tarazlığın qorunması, rəqabətə davamlı və ekoloji təmiz məhsulların istehsalı, o cümlədən məhsuldarlığın yüksəldilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi, balıqçılıq və akvakultura sahələrində qanunvericiliyinin təkmilləşdirilməsi, bu sahədə dövlət- özəl əməkdaşlığının daha da inkişaf etdirilməsi, balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviq edilməsi məsələləri müzakirə edilib.
Görüş iştirakçıları balıqçılıq və akvakulturanın inkişafına dair fikirlərini bölüşüblər. Söhbət zamanı ölkədə bu sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
10 Iyun 2026
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026