EKTİS-də payızlıq əkinlərin bəyanı prosesi davam edir
Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə davam edir. Növbəti səyyar xidmət Goranboy, Tovuz və Şəmkir rayonlarının kəndlərində təşkil olunub.
Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edirlər. Bu rayonlarda səyyar qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 10000-ə yaxın fermerə səyyar aqrar xidmət göstərilib.
Növbəti aqrar səyyar xidməti Zaqatala, Hacıqabul və Cəlilabad rayonlarının kəndlərində təşkil olunacaq. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır.
Qeyd edək ki, indiyə qədər Şəki, Sabirabad, İmişli və Füzuli rayonlarının kəndlərində səyyar aqrar xidmət təşkil olunub. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil edilməsi üzrə 6 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb
28 Avqust 2026
ADAU rektoru tələbə adını qazanan şəhid anası ilə görüşüb
28 Avqust 2026
“Balıqçılıq haqqında” yeni Qanun təsdiq edilib
28 Avqust 2026
Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu
27 Avqust 2026
AXA-nın Mərkəzi Laboratoriyasında “Açıq qapı” günü keçirilib
25 Avqust 2026