Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun Arıçılıq Mərkəzində intensiv arıçılıq məsələlərinə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun direktoru Mahir Hacıyev bildirib ki, aqrar sektorun dinamik inkişafı şəraitində arıçılığın elmi əsaslarla inkişafı prioritet hədəflərdən biridir. “Artıq respublikada arıçılıq sahəsində fəaliyyət göstərən təsərrüfatların sayı 30 min 764, arı ailələlərinin sayı isə 500 mini ötüb. Sonrakı mərhələdə arıçılığın intensiv metodlarla inkişaf etdirilməsi, yem bazasının zənginləşdirilməsi, damazlıq işinin təşkili, ekoloji təmiz məhsul istehsalına nail olunması vacibdir”,- deyə o qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Faiq Xudayev Arıçılıq Mərkəzində həyata keçirilmiş işləri müsbət qiymətləndirərək arıçılığın qarşısında duran mövcud problemlərdən bəhs edib.
Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidov intensiv arıçılığın inkişafı baxımından həyata keçirilən layihələrdən danışıb. Bildirilib ki, qlobal iqlim dəyişmələri nəticəsində təbiətdə ekoloji tarazlığın pozulması nəticəsində arılar üçün yem mənbələri sıradan çıxmaqdadır. ”Ona görə də hazırda köçəri arıçılıq öz yerini intensiv arıçılığa verməlidir. Modern arıçılıq mədəniyyəti hökm sürən ölkələrdə arıxananı yem mənbəyinin yanına deyil, yemi arıxanaların yanına gətirirlər. Bunun üçün arıxanaların yanında lavanda, rozmarin və digər bal verən kollar əkilməli, bal verən ağac zolaqları salınmalıdır. Mərkəzimizdə nümunəvi arıçılıq təsərrüfatı yaradılıb, eyni zamanda lavanda, rozmarin bitkisi yağının istehsalına nail olmuşuq. Mərkəzdə arıların süni mayalanma laboratoriyası yaradılıb, arılar arasında süni mayalanma işlərinə başlanıb. Bu məsələyə fermerlər arasında da böyük maraq var, artıq mərkəzə müraciətlər var. Arıçılıqda süni mayalanma cırlaşmanın qabağını alır, genetik xüsusiyyətləri qorunub saxlanır, ən yaxşı hibridlərdə gen daşıyıcılarını idarə etmək mümkün olur. Hazırda mərkəzimizin təsərrüfat sahəsində 210 baş arı ailəsi var”,-deyə A. Seyidov vurğulayıb.
Daha sonra Türkiyənin Bingöl Universitetinin professoru Ramazan Meral, dosent Duyğu Nur Çobanoğlu Arıçılıq Mərkəzi ilə birgə həyata keçirilən layihələrdən bəhs edib, Gəncə-Qazax bölgəsində bal məhsullarının mikroskopik və biokimyəvi analiz nəticələrindən danışıblar.
Konfrans çərçivəsində arıçı heyvandarların çoxsaylı sualları cavablandırılıb və Arıçılıq Mərkəzinin nümunəvi təsərrüfatına baxış keçirilib.
Nazir Məcnun Məmmədov Macarıstanın kənd təsərrüfatı naziri ilə görüşüb
24 May 2023
Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir – Fermerlərə məsləhət
24 May 2023
Xarici mütəxəssislərin iştirakı ilə toxumluq sahələrin monitorinqi keçirilib
23 May 2023
Azərbaycanda buğda bitkisində pas xəstəliklərinə qarşı mübarizə mövzusunda konfrans keçirilib
19 May 2023
“Caspian Agro” çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar davam edir
18 May 2023