Qanunvericilik

“Aqrar Bölmədə Lizinqin Genişləndirilməsi Sahəsində Əlavə Tədbirlər Haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 23.10.2004.

  • A
  • A
  • A
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ
S Ə R Ə N C A M
“Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə
tədbirlər haqqında”
 

Aqrar bölmədə islahatların, o cümlədən torpaq islahatının həyata keçirilməsi, kolxoz və sovxozların ləğvi və onlara məxsus bütün əmlakın kənd əhalisinə pulsuz paylanması, məhsulun qiymətlərinin sərbəstləşdirilməsi, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrin özəlləşdirilməsi və digər tədbirlər bu bölmənin dinamik inkişafına ciddi təkan vermişdir. Keçən illər ərzində pulsuz torpaq payı almaq hüququ olan 3 milyon 500 min vətəndaş torpaq mülkiyyətçisi hüququ verən dövlət aktı almışdır. Ləğv olunmuş kolxoz və sovxozların, özəlləşdirilmiş dövlət müəssisələrinin ümumi məbləği 100 milyard manatdan çox olan borcları silinmişdir. Fermerlərin müxtəlif kənd təsərrüfatı texnikası ilə təchuz olunmasına dair layihələr həyata keçirilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını sürətləndirmək məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalçıları 2009-cu il yanvarın 1-dək torpaq vergisindən başqa, bütün vergilərdən azad edilmişlər. 
Hazırki mərhələdə aqrar sahədə qarşıda duran başlıca vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırmaqdan, keyfiyyətli məhsul yetişdirməkdən və onun itkisiz yığılmasını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nda bununla bağlı müvafiq tədbirlər nəzərdə tutulmuşdur. 
Aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını sürətləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə
tapşırılsın ki, ilkin mərhələdə səhmlərinin nəzarəti zərfi 100 faiz dövlətə məxsus olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaratsın.
2. Müəyyən edilsin ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti
dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait hesabına kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə hüquqi və fiziki şəxslərə icarəyə verilməsini və ya satılmasını və onlara texniki servis xidməti göstərilməsini, habelə dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan pestisdlərin, aqrokimyəvi maddələrin, genetik modifikasiya olunmamış tinglərin və toxumların, damazlıq heyvanların satılmasını həyata keçirir. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
Bir ay müddətində “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarını təsdiq etsin.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin təşkili üçün ən geci 10 ilə qayrtarılmaq şərtilə 2005-ci və ya 2006-cı illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində bu mədsədlə müvafiq olaraq 100,0 mlrd və 150,0 mlrd. manat vəsait nəzərdə tutulmasını təmin etsin;
Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə
müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyaların idxal gömrük rüsumundan və idxal zamanı əlavə dəyər vergisindən azad olunması üçün 10 gün müddətində müvafiq qərar qəbul etsin;
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ölkədə beynəlxalq təşkilatlar və xarici ölkələrin maliyyə qurumları tərəfindən həyata keçirilən layihələr çərçivəsində alınan vəsaitin aqrar bölmənin texniki təchizatının yaxşılaşdırılması üçün istifadəsi üzrə ardıcıl tədbirlər görsün;
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin
təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirsin.
4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə
bir ay müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsini hazırlayıb dövlət qeydiyyatına alınmasını təmin etsin;
4.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 23 oktyabr 2004-cü il

№ 468