Mal-qara saxlayan fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları Aqrar Sığorta Fondunda sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışlarla yanaşı, qoyun və keçilərin də sığortalanması mümkündür.
Göygöl rayonunda 1 baş iribuynuzlu heyvanın 1 il müddətinə sığortalanması fermer üçün 24 manata başa gəlir. Sığortanın ümumi haqqı 48 manat təşkil edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizi ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 24 manat təşkil edir.
Hesablamalara əsasən, bir baş iribuynuzlu heyvanın sığorta dəyəri 1000 manat, azadolma məbləği isə 10 faiz götürülür. Bu halda 5 baş iribuynuzlu heyvanın ümumi sığorta dəyəri 5000 manat təşkil edir və onların bir il müddətinə sığortalanması fermerə cəmi 120 manata başa gəlir.
Aqrar sığorta çərçivəsində iribuynuzlu heyvanlar təbii fəlakətlər, yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalana bilər.
Sığorta hadisəsi baş verdikdə ödəniş hesablanarkən müqavilədə nəzərdə tutulan 10 faizlik azadolma məbləği nəzərə alınır. Sığorta dəyəri 1000 manat olan iribuynuzlu heyvan tələf olduqda 100 manat azadolma məbləği çıxılır və fermerə 900 manat sığorta ödənişi verilir.
Fermer 1000 manat sığorta dəyəri olan bir heyvanın birillik sığortasına cəmi 24 manat ödəməklə, sığorta hadisəsi baş verdiyi halda 900 manatadək sığorta ödənişi ala bilər. 5 baş heyvan üzrə isə fermerin ödədiyi 120 manat sığorta haqqı müqabilində ümumi sığorta təminatı 5000 manat təşkil edir.
Qeyd edək ki, aqrar sığorta mexanizmi fermerlərin təbii fəlakətlər, xəstəliklər və digər risklər nəticəsində yarana biləcək maliyyə itkilərindən qorunmasına, təsərrüfat fəaliyyətinin davamlılığının təmin edilməsinə və heyvandarlıq təsərrüfatlarında istehsalın sabitliyinin qorunmasına xidmət edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizinin qarşılanması isə fermerlərə heyvanlarını daha əlverişli şərtlərlə sığortalamaq imkanı yaradır.
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
29 Sentyabr 2026
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir
29 Sentyabr 2026