Cəlilabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası, qarşıda duran vəzifələr və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Cəlilabad Rayon İcra Hakimiyyəti, Aqrar Sığorta Fondu, digər aidiyyəti qurumların nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Dövlət Proqramının əhəmiyyətindən bəhs edib. İcra başçısı vurğulayıb ki, rayonda kənd təsərrüfatının inkişafı, yerli istehsalın genişləndirilməsi və ərzaq təminatının möhkəmləndirilməsi prioritet istiqamətlərdəndir. O, fermer və sahibkarlara hərtərəfli dəstək göstərildiyini, qarşıya çıxan problemlərin operativ həlli istiqamətində rayonda davamlı işlərin aparıldığını diqqətə çatdırıb.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov aqrar sektorun dayanıqlı inkişafı, sahibkarlığın dəstəklənməsi və bu sahədə qabaqcıl təcrübələrin paylaşılmasının vacibliyini qeyd edib. Nazir müavini bitkiçilik və heyvandarlıq sahələrinə dövlət tərəfindən göstərilən dəstək tədbirlərindən danışıb. Elçin Zeynalov Aqrar Subsidiya Şurasının 2026-2027-ci illər üzrə qəbul etdiyi yeni qərar barədə ətraflı məlumat verərək, dövlət tərəfindən tətbiq edilən güzəştlərin əsas hədəfinin fermerlərə birbaşa dəstək və stimullaşdırma məqsədi daşıdığını vurğulayıb.
Sonda rayonun aqrar sahəsində mövcud vəziyyət, fermer və sahibkarların qarşılaşdığı məsələlər, Dövlət Proqramından irəli gələn tədbirlərin icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermer və sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
29 Sentyabr 2026
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir
29 Sentyabr 2026