Heyvandarlıq

Arıçılıq

  • A
  • A
  • A

Azərbaycan Respublikasında heyvandarlıq sektorunun perspektivli fəaliyyət sahələrindən  biri də arıçılıqdır. Arıçılıq – bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsidir.

Arılar – uçan həşaratlar ailəsinə aid olmaqla dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir. Onlar 15 km.-ə qədər yol qət edə blirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara da xəbər verir və bu zaman bütün arılar həmin yerə uçurlar. Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar.

pchelki_2.jpg

Azərbaycan Res­pub­likasının ərazisi arıçılığın inkişafı baxımından əlverşli təbii-iqlim şəraitinə və bal verən zən­gin bitgi örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəa­liy­yət sahəsi, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həm­çi­nin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir re­sursunu azaltmır, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da keyfiy­yə­tinin və məhsuldarlığının yüksəldilməsinə ciddi töhvə verir.

Respublikamızda mövcud “Boz Qafqaz”, “Sarı Qafqaz” arı cinsləri, “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

 

Azərbaycanda ariçiliğin mövcud vəziyyəti. Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar ayının 1-ə olan  məlumatına görə respublikasında 542,8 min arı ailəsi (vahid) mövcuddur. Azərbaycan Respublikası ərazisində bir arı ailəsinin orta illik məhsuldarlığı  hava şəraitinin əlverişli olduğu illərdə  10-12 kq, əlverişsiz olduğu illərdə isə 3-5 kq-dır. Keçən il hər arı ailəsindən orta hesabla 9,8 kq olmaqla 5,8 min tona yaxın bal istehsal olunmuşdur. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəlməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etketləmə məsələləridə həyata keçrilməlidir. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, respublikamızda bu sahədə böyük potensial imkanların və prespektivlərin olduğunu aydın görürük. Hər il ardıcıl olaraq arıçılıq məhsullarının sərgi-satış yarmakaları keçrilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır.

Arıxa­nalar­da müxtəlif səbəblər üzündən (beçəvermə, zəiflik, xəstəliklər və s.) arı ailə­lə­ri­ eyni səviyyədə bal verə bilmir. Buna görə də hesablamaları məhsul­darlığın ortahəddi ilə aparsaq Azərbaycanda bal istehsa­lı­nın illik həcminin hazırda 5000 ton ətrafında olduğunu demək düzgün olar. Respub­li­kamızda hər nəfərə düşən illik istehlak səbətində balın miqdarı 0,5 kq (500 qram) təşkil edir. Bu dünyada orta istehlak göstəri­ci­ləri ilə müqayisədə aşağıdır. Belə ki, Türkiyə, Almaniya, Avstriya, Yunanstan, Ukrayna və İsveç­rə­də hər nəfərə düşən illik bal istehlakı 1,01-1,53 kq, ABŞ, Fransa, Kanada, Böyük Britaniyada - 0,55-0,60 kq, Yaponiya, İtaliya və Rusiyada isə 0,35-0,40 kq-dır.

Arıçılıqda mühüm məsələrdən biri arı ailələrinin məhsuldarlığı göstə­rici­sidir. Hər bir arı ailə­si­nin məhsuldarlığı üzrə orta dünya göstəricisi 22 kq, Tür­ki­yədə-16 kq, Çində-48 kq, Kanadada-55 kq-dır.

Ariçiliğin inkişafinin əsas istiqamətləri: qarşıya qoyulan məq­sədlərə nail olmaq üçün arıçılıqda üç istiqamətdə fəaliyyət gös­tər­mək lazımdır:

  1. Arı ailələrinin sayını artırmaq (ekstensiv yol)
  2. Arı ailələrinin məhsuldarlığını artırmaq (intensiv yol)
  3. Arıçılığın yem bazasını gücləndirmək

Görülmüş  işlər: “Aqrar Elm Mərkəzinin Rəyasət Heyətinin qərarı ilə Elmi – Tədqiqat İpəkçilik İnstitutunun nəzdində 05.10.2012-ci il tarixdə (04 №li Qərar) Gəncə şəhərində “Arıçılıq labora­to­riyası" yaradılmışdır. 2015-cı ilin sentyabrında AETİ İnstitutunun ləğvindən sonra Azər­baycan Res­publikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Gəncə şəhərində müstəqil fəaliyyət göstərəcək Arıçılıq Mərkəzi yaradılmışdır. Həmin ildən Heyvandarlıq Elmi Tədqiqat İnstitunun “Arıçılıq” Mərkəzi kimi fəaliyyət göstərir.

     “Arıçılıq” Mərkəzi fəaliyyəti ərzində Türkiyənin Hacet­tepe Universitetinin arı və arı məhsullarının tətbiqi və arı araşdırmaları mərkəzi ilə, Gürcüstanın Arıçılıq İttifaqı ilə birgə elmi əməkdaşlığa dair müqavilələr bağlanılmışdır.

2014 və 2015-ci illərdə Gəncə şəhərində “Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə elmi əməkdaşlığı”nın I və II Toplantısı keçiril­mişdir.

Müxtəlif tarixlərdə Mərkəzin əməkdaşları Türkiyənin Muğla şəhərində bir­gə keçirilmiş “4...5.Beynəlxalq Muğla Arıçılıq və Cam Balı Konfranslarına”, “20..21.Apislaviya Qurultay­larına”, 2017-cı ilin fevralında İsraildə “Arıçılığın müasir  metodları” kursuna, həmin ilin sentyabr-oktyabrında isə Türkiyə Cümhuriyyətində keçirilmiş Ümumdünya arıçılarının“APİMONDİYA-2017” Konfransına dəvət almış və iştirakçısı olmuşlar.

Respublikanın brend olan təmizqanlı Boz dağ Qafqaz arısı FAO-nun dəstəyi sayəsində Mərkəz tərəfindən aşkar edilmiş və Mərkəzdə 200 arı ailəsindən ibarət genofond arıxanası yaradılmışdır. Nəsildə haçalaşma baş verməsin deyə süni mayalandırma laboratoriyası yara­dıl­mış­dır. Labo­rato­riya FAO-nun verdiyi avadanlıqla təchiz edilmiş  və burada 2017-ci ildə 70 ədəd süni ana yetişdirilmişdir. Bu da gələcəkdə Respublikanın təmizqanlı Boz dağ Qafqaz ana arısına olan tələbatının ödənilməsində istifadə üçündür. Eyni zamanda aşağıdakı işlər görülmüşdür:

- bir nəfər süni mayalandırma texniki hazırlanmışdır;

- Ariçiliq mərkəzinin davamlı fəaliyyətini təşkil etmək üçün üç sahəvi laboratoriyanı özündə cəmləşdirən yeni bina tikilib istifadəyə verilmişdir;

- sürfə köçürmə kabinəsi tikilmiş;

- arıxanada arıların gündəlik fəaliyyətini izləmək üçün elektron tərəzi tətbiq edilmiş;

- bağ-meşədə və sahəvi əkinlərdə 50-dən çox bitki növünü özündə cəmləşdirən balverən özül yara­­dılmış və arıçılığın yem bazasının əsasını təşkil edən nektarlı bitkilərin tingçılıyi  və toxum­çuluğu yaradılmış;

- ana arı yetrişdirilməsi məqsədilə 800 ailəlik nukleus, 350 ədəd pətək alınmışdır ki, bu da ildə min ədəd təmizqanlı Boz dağ Qafqaz ana arısına olan tələbatı ödəyəcək;

Tədqiqatların innovativ yönümü və kommersiya dəyərliliyi:

  1. Süni mayalandırma yolu ilə əldə edilmiş məhsuldar cinsə mənsub arı analarına ciddi tələbat var və il ərzində minlərlə arı anası satmaq mümkündür.
  2. Arıçılıq məhsullarına (arı südü, arı zəhəri, güləm, propolis və s.) əsaslanan apiterapiya tibb sahəsini inkişaf etdirmək və bu istiqamətdə əhaliyə tibbi xidmətlər təklif etmək, həmçinin həmin məhsulların ixracını təmin etmək.
  3. Bombus arıçılığının yaradılması, inkişaf etdirilməsi

Bal verən özülün yaradılması: Azərbaycan ərazisində bal verən ağac, kol və ot bitkilərinin, həmçinin respublikada olmayan bal verən bitkilərin öyrənilməsi, arealının müəyyənləşdirilməsi və oturaq arıçılığın tələbatı üçün onların ayrı-ayrı bölgələrə introduksiyası, adaptasiyası sahəsində tədqiqatların aparılması.

15.10.2021

“Azərbaycanda arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri, arı islahı” mövzusunda təlim keçirilib

15.10.2021

Ağcabədi və Şəkidə fermerlər üçün payızlıq əkinlərə hazırlıq işləri ilə bağlı seminarlar keçirilib

15.10.2021

Azərbaycanda pambıq yığımı davam etdirilir