Maldarlıq

Çamışçılıq

  • A
  • A
  • A

bubalus-bubalis_03.jpgAzərbaycanda camış, əsasən aran və qismən dağətəyi rayonlarda yetişdirilir. Azərbaycan camışının təkmilləşdirilməsi və bu əsasda böyük kütlə təşkil edən həmin qiymətli növün cinslərə ayrılması problemi üzərində dərin tədqiqat aparan prof. A. Ə. Ağabəyli camış növünün konstitusiyasını və eksteryerini əsaslı surətdə işləmişdir.

Azərbaycanda camışçılıqla qədimdən məşğul olurlar. Ölkəmizdə əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində camışçılıq mühüm yer tutur. Camış saxlamaqda xalqın yaxşı ənənəsi və təcrübəsi vardır. Olkəmizdə camışçılığın inkişaf etdirilməsi üçün əlverişli şərait - kifayət qədər bataqlıqlar və qamışlıqlar mövcuddur.

Professor A.A.Ağabəylinin rəhbərliyi altında uzun illərdən bəri alim və mütəxəssislərin apardıqları damazlıq seleksiya işləri, yemləmə-bəsləmə şəraitinin yaxşılaşdırılması nəticəsində «Azərbaycan» camış cinsinin həm məhsuldarlığı, həm də eksteryer göstəriciləri xeyli yaxşılaşmışdır.

Azərbaycanda camışların baş sayı 1969-cu ildə ən çox 422,8 min baş olmuşdur. Həmin dövrdə camış naxırı inək naxırının 33,9 faizini təşkil etmişdir. Hazırda 2646,6 min baş qaramalın 162,5 min başı və ya 6,1 faizini camış naxırı təşkil edir. Camışların ən çox hissəsi Aran, Şəki-Zaqatala, Gəncə-Qazax, Lənkəran, Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarında cəmləşmişdir.

Yerlərdə aparılan araşdırmalardan müəyyən edilmişdir ki, təsərrüfatlarda camış kəlləri çatışmır. Xüsusilə ailə-kəndli və ev təsərrüfatlarında 1-3 baş camış üçün kəl saxlamaq maliyyə cəhətdən sərfəli deyildir. Elə buna görə də kəllərin çatışmaması ucbatından camışlar illərlə qısır qalırlar. Hesablamalar göstərir ki, bir baş kələ 25-30 baş əvəzinə 60-70 baş camış düşür ki, bu da qısırlığı yaradan başlıca səbəblərdən biridir. 

 

“Azərbaycan camışı”

 

Azərabaycan camışı ölkəımizin “qara mirvari”si adlandırmaqla Cənubi Qafqazda olan camışların 70%-i təşkil edirdi. Əsasən qara rəngə malik olur ki, bu da günəş şüalarının onlara ciddi təsir göstərməsinə, bədəninin qızdırmasına imkan verir. İsti günlərdə nohurlarda, bataqlıqlarda, durğun sularda, gölməçələrdə və ya yaxud çay yataqlarında uzanmağı sevirlər. Su hövzələrini xoşlayan camışlar suda olduqda onların yalnız başı sudan kənarda qalır. İqlimi quru və isti olan yerlərdə camışlar gündə bir neçə dəfə, xüsusi ilə sağımdan qabaq çimizdirilir. Yemə az tələbkar olması camışların yetişdirilməsinə imkan verir və xüsusi qulluğa ehtiyacı yoxdur. Eyni zamanda camışlar bir çox xəstəliklərə, o cümlədən vərəmə görə dözümlüdür. Brusellyoz xəstəliyini asanlıqla keçirir, bala salmır, dəri, qan-parazitar xəstəliklərinə yoluxmurlar.

Bu cins camışlar arasında nadir hallarda ağ rəngli camışlar doğulur. Bu heyvanları “albinos” camışlar adlandırırlar. Albinos camışlar çox yaşamır və nəsil vermirlər.

570.jpgİnəklərdən fərqli olaraq camışlar şaxtaya dözümsüzdürlər. İnəklər -20°C şaxtaya dözdükləri halda, camışlar -1°C şaxtada artıq əziyyət çəkirlər. Səbəb isə camış orqanizmində piyin az olması ilə izah edilir. Camışlar inəklərə nisbətən az süd verir. Azərbaycan camışı cinsindən olan ana camışlar gün ərzində 3-4 kq süd verir və südünün orta yağlığı 7,8-8% olur. Cənubi Qafqaz bölgəsində camış südünün yağlığı 6-12% arasında dəyişir. Bol su içdikdə süd məhsuldarlığını 8-10% qədər artıra bilirlər. Bu cins camışları təsərrüfatda 16-18 yaşınadək saxlamaq olur. Onların inkişaf dövrü 6-8 il davam edir. Azərbaycanda camışların orta səmərəli təsərrüfat əhəmiyyətliliyi müddəti 10 ildir. Dişilərin damazlıq fermalarda maksimal çəkisi 600-700 kq, erkəklərdə isə 750 kiloqrama çatır. Bəzil fərdlərin diri çəkisi 900-1000 kq-a çatır.

bubalus-bubalis_02.jpgBoğazlıq dövrü 305 gün davam edir. Balalar yenicə doğularkən 30-35 kq çəkiyə sahib olur. Camışçılıq iqtisadi cəhətdən gəlirli sahə olması ilə əlaqədar onun damazlıq və məhsuldarlıq keyfiyyətlərini daha da yaxşılaşdırmaq istiqamətində təkmilləşdirilməsinin aparılması vacibdir. Yemləmənin düzgün təşkil edilməsi nəticəsində məhsuldarlığın artırılması mümkündür ki, bu da camışçılığın rentabelli olmasına əsas verir. Camış öz konstitusional xüsusiyyətlərinə görə müxtəlif mühit şəraitinə və çətinliklərə tezliklə uyğunlaşan davamlı heyvandır.   

 

“Murrah camışı”  (Bubalus bubalis)

 

Murrah, yaxud Dehli camış cinsi Hindistan mənşəli olmaqla Böyük Hind ovalığı boyunca yayılmış məşhur südlük cinslərdəndir. Bu camış cinsi südlə yanaşı ət istehsalı üçün də istifadə olunur. Orta ağırlıqda, gövdəsi dördbucaq şəkilində, buynuzları və ətrafları qısa, incə və çox buruqdur, dişi camışlar nisbətən tez yetişir, çox süd və bala verirlər. Laktasiya dövrünün 300-cü günlüyündə süd verimi 1800-2000 lt olur. 6 aylığında balaqların çəkisi 145-155 kq olur və 18-20 aylığında onlarda damazlıq məqsədilə seçmə aparılır. Gündəlik süd sağımı 11-12 kq olmaqla camışlar 4645 kq-a qədər süd verir. 

 

18.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutunda yaşıllaşdırma tədbirləri həyata keçirilir

15.03.2024

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Ağcabədidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

15.03.2024

Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb